Son vaxtlar ən çox dilimizə daxil olan terminlərdən biri də SEO-dur. SEO nədir? SEO – İngilis dilində Search Engine Optimization söz birləşməsinin baş hərflərindən ibarətdir, tərcüməsi isə, Axtarış Motornun Optimizasiyası deməkdir.

 

Yaxşı, bəs bu SEO nə üçündür?

Qısaca desək, SEO-nun məqsədi veb saytın Google axtarış platformasında daha üst sıralarda yer alması, saytın dəyərini və sayta daxil olanların sayını artırmaqdır.

SEO-nun əsasını təşkil edən əsas meyarlardan biri açar söz təhlilidir. Öyrənilməsi nəzərdə tutulan internet saytına geri dönüş gətirə biləcək sözlərin tədqiq edildiyi və müəyyən edildiyi mərhələdir. Söz təhlili prosesində Google xidmətləri və Premium SEO alətlərindən istifadə olunur.

SEO xidməti zamanı sayt analiz edilərkən internet saytının bütün səhifələrinin SEO kriteriyaları qiymətləndirilir. Professional bir SEO-nun əsası proqram təminatından başlayıb, səhifə daxilində natamam və ya səhv qeyd olunmuş məlumatların düzəldilməsi istiqamətində davam edir. Məsələn, veb saytın başlıq, təsvir, başlıq etiketləri, mobil uyğunluq, sayt sürəti kimi bütün göstəriciləri bir-bir qiymətləndirilir.

 

SEO necə işləyir?

Axtarış sistemlərinin alqoritmləri saytları ortalama 200 fərqli kriteriyaya görə dəyərləndirir və sıralamalar buna görə təyin olunur. Bu faktorların bəziləri sayt daxili, bəziləri isə sayt xarici faktorlardır. SEO mütəxəssisləri detallı audit etdikdən sonra saytınızın bu kriteriyalara nə qədər cavab verdiyini müəyyənləşdirir və bundan sonra optimizasiya prosesinə başlanılır. SEO optimizasiya zamanı fərqli üsullar və texnikalardan istifadə oluna bilər, lakin bu zaman çalışmaq lazımdır ki, axtarış sistemlərinin təlimatlarından kənara çıxılmasın.

 

SEO sizə nə qazandıracaq?

SEO mənə nə qazandıracaq? Bu sual bir çoxlarının ağlına gələ bilər. Düşünə bilərsiniz ki, mən saytım üçün lazım olan trafiki sosial media paylaşımlarından, reklamlarından əldə edirəm, bir də bunun üçün niyə əlavə büdcə, resurs ayırım? Təbii ki, digər kanallar da önəmlidir, lakin SEO prosesinin nəticəsində əldə edəcəyiniz orqanik trafik bir çox üstünlüklərə malikdir. 

 

Texniki SEO nədir?

Texniki SEO veb-saytı müasir axtarış sistemlərinin texniki tələblərinə uyğun olaraq optimizasiya etməklə daha yaxşı nəticələr almağa fokuslanır. Bu zaman saytın render olunub indekslənməsi, strukturu kimi bir çox vacib detallar nəzərə alınır.

 

Nəticə

Buna görə də, veb saytınızın bizesinizə tam fayda gətirməyi üçün əsas vacib faktorlardan biri də SEO-dur desək yanılmarıq. Azcom.az komandası olaraq, bu istiqamətdə göstərdiyimiz xidmətlərimiz ilə hər zaman yanınızdayıq!